"Pandemiyadan sonra ilk qələbəmizi qazandıq. Bundan əvvəlki 3 matçda da yaxşı oynamışdıq. Sadəcə həmin görüşlərdə bəxtimiz gətirmirdi və fürsətlərdən istifadə edə bilmirdik".
Bu fikirləri Gürcüstanın "Samtrediya" klubunun futbolçusu Nicat Qurbanov Premyer Liqanın XI turunda “Merani”ni 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
54-cü dəqiqədə penaltidən fərqlənən və komandasının qələbə qoluna imza atan 28 yaşlı yarımmüdafiəçi qarşılaşmada əllərindən gələni etdiklərini bildirib.
Qurbanov vurduğu qolu əsgər salamı ilə qeyd etməsindən də danışıb: "Əsas qələbə qazanmaqdır və qol vurmaq ikinci plandadır. Fərqlənməyim mənə sevinc bəxş etdi. 3-4 gündür fikirləşirdim ki, qol vursam əsgər salamı ilə qeyd edəcəyəm. Azərbaycan - Ermənistan sərhədində baş verən hadisələrdən sonra bu qərara gəldim. Futbolçu öz dəstəyini necə göstərə bilər? Mənim də əlimdən bu gəldi. Bunun ölkəmizdə bu qədər danışılacağını gözləmirdim, mənim üçün də gözlənilməz oldu. Amma əsas məsələ niyyət idi və bunu edə bildim".
Futbolçu vurduğu qolu şəhidlərə və bütün əsgərlərə həsr etdiyini deyib: "Onlarda azacıq da olsa, ruh yüksəkliyi yarada bildimsə, bu, mənim üçün sevinc və şərəfdir" (Report)
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama
"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür
"Bavariya" yeni mövsüm formasını təqdim etdi - Şəkil
PSJ Donnaruma ilə bağlı qərar verdi
Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu
ÇL-in oyunu bu kanallarda
Cəlal Hüseynov 90 dəqiqə oynadı
"Mançester Yunayted"ə 4 qol vurulan oyundan - Video
Təbriz klubu səfərdə qalib gəldi
Krivotsyuk Cənubi Koreyada qol vurdu
"Mançester Yunayted" darmadağın oldu