Uzun müddətdir sosial şəbəkələrdə və ümumiyyətlə, heç yerdə heç nə yazmırdım. Amma bu hadisəyə laqeyd qala bilməzdim.
Onun oyununu ilk dəfə Kazbek Tuayevin rəhbərlik etdiyi "Turan"da görəndə "Böyük futbolçu gəlir" deyib bu fikrimi "Futbol+" qəzetində dərc etmişdim. Səhv etmirəmsə, bu, onun peşəkar futbolçu karyerasında ilk oyunu idi.
Ona böyük futbolda ilk şans verən adam Kazbek Tuayev oldu. Amma bu şansı Tuayev verməsə də, başqası verəcəkdi. Ölkədə normal səviyyədə futbolçu yetişmirdi (elə indi də heç nə dəyişməyib). Böyük gələcək vəd edən müdafiəçi də yox idi. Ağlıma yalnız zədə səbəbindən karyerasını az qala başlamamış bitirən Rinat Abdaşovdan başqa gələn yoxdu. Bu vəziyyətdə belə bir istedadın peyda olması Azərbaycan futbolu üçün göydəndüşmə idi.
Futbol istedadı öz yerində, amma bu uşağın bir də Azərbaycan futbolçuları arasında nadir halda rast gəlinən xarakteri, şəxsiyyəti vardı. Bu haqda ən parlaq nümunələrdən biri "Neftçi"yə yeni cəlb olunanda bazada yaşanan hadisədi. Komanda istirahətdə olanda veteran Vidadi Rzayevin dəhlizdə səs-küylü zarafat etməsinə otağından çıxaraq "Yaşlısınız deyə, hər şey etməli deyilsiz ki?!" sözləri ilə haqlı irad bildirməsi o zaman hamını şoka salıb. Hansısa uşağın "ulduz" veterana" bu cür sərt reaksiyası hər kəs üçün gözlənilməz olub. Vidadi Rzayev və tay-tuşları iradın haqlı olmasını qəbul edib "bu uşaqdan nəsə olacaq" deyiblər. Deyəsən, bu hadisəni elə Vidadi Rzayevin özü danışıb.
Sonrakı hadisələr onun xarakterinin istedadından daha üstün olduğunu göstərdi. O, futbolda nə qazandısa xarakterinə görə qazandı. Bu mənim subyektiv fikrimdi. Hətta karyerasının qürubunda sürəti dünya şöhrətli futbolçularla rəqabətdə çətin duruma salsa da, bəzən səhvlər etməyə məcbur etsə də, o meydanda olmayanda komandası Mayn Ridin məşhur romanındakı başsız atlıya bənzəyir, hara gedəcəyini, nə edəcəyini bilmirdi. Fiziki formasından asılı olmayaraq, meydana çıxması bizlərə Azərbaycan futbolunun növbəti sensasiyaya, uğura imza atacağına ümid verirdi. Çünki, onun varlığı, xarizması hər zaman meydanda hiss edilirdi.
"Neftçi"nin "Pünik"lə oyununda məğlubiyyəti həzm etməyən təcrübəli erməni kapitan Sarkis Ovsepyanın meydandakı təxribatına cavab verməsə də, qırmızı vərəqə alan və hakimin bu haqsız qərarına görə göz yaşlarını saxlaya bilməyən, daha sonra hər iki komandanın məskunlaşdığı Moskvanın sovetlərdən qalma "Kosmos" otelinin foyesində tanınmış erməni veteran kapitanı nokauta göndərən də o idi, yenidən futbola qayıdıb onu basketbolda özünü sınamağa məcbur edənləri "nokauta göndərən" də.
...Və O futbolçu karyerasını bitirdi. Amma Rəşadın futbolu hələ bitməyib! Futbolçu kimi arzulayıb fəth edə bilmədiyi zirvələrə məşqçi kimi yüksələcəyinə inamımız böyükdü. Futbolumuzun onun kölgəsinə də ehtiyacı var.
Nə vaxtsa o milli komandamızın baş məşqçisi olacaq, bəlkə də hədsiz emosionallığı, əyilməzliyi yeni rolda ona uğur qazanmağa maneə törədəcək. Bəlkə də heç nə məşqçi, nə də futbol funksioneri kimi uğur qazana biləcək... Çünki, klan və mafiya savaşları, "torba əməliyyatları" meydanına çevrilən futbolumuzda şəxsiyyəti, mənliyi, qüruru olan birinin uğur qazanması çətin məsələdi. Düzdü, onunla birgə "Qarabağ"da klub futbolumuza ən böyük zəfərlər qazandıran Qurban Qurbanov kimi nadir istisnalar da var.
Gələcəkdə nələrin olacağını yalnız Allah bilir. Amma istənilən halda o, futbol tariximizə möhürünü vurmuş, gəmini sonuncu tərk edən kapitan kimi yaddaşlarımızda qalacaq. Yaltaq, ikiüzlü, xəbərçi, işverən, hamını və hər kəsi satan biri kimi deyil, liderliyi, şəxsiyyəti, vətənpərvərliyi, kişiliyi və futbol istedadına görə əsl, əbədi kapitan kimi...
O mənim dostum, qohumum, şefim deyil. Heç vaxt yaxın münasibətimiz də olmayıb. Amma o, son 20 ilin ən yaxşı futbolçusu, mənim fikrimcə, Azərbaycan tarixinin ən yaxşı müdafiəçisi, Zaur Tağızadə və Samir Əliyevlə birgə müstəqillik dövründə ölkəmizin yetişdirdiyi 3 ən yaxşı futbolçudan biridi.
Onu sevməkdə və ya sevməməkdə hamı sərbəstdi. Mən isə sadəcə "Təşəkkürlər və uğurlar, Rəşad!" deyirəm.
… Və böyük futbolçu getdi.
Anar ŞABANOĞLU
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər