Azərbaycan Premyer Liqası ilə bağlı qadağa dəyişmədi

Azərbaycan Premyer Liqası ilə bağlı qadağa dəyişmədi
ÖLKƏ FUTBOLU 15 May 2020 / 16:15 1659
-  A +

Bu gün Azərbaycanda xüsusi karantin rejimində bir sıra məhdudiyyətlərin yumşaldılacağı açıqlansa da, idman sahəsində tətbiq olunan qadağalar qüvvədə qalıb.

Qol.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman zallarının fəaliyyəti, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarının ən azı mayın 31-dək qüvvədə qaldığı bildirilib.

Beləliklə,  Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq.
 

Daha çox


Son xəbərlər
31.05.20  15:06

Qonşumuz da başlayır