“Yuventus”un 4 oyunçusu maaşdan imtina etdi

“Yuventus”un 4 oyunçusu maaşdan imtina etdi
XƏBƏR 28 Mart 2020 / 12:27 3055
-  A +

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo koronavirusun yayılması səbəbindən maaşının azaldılmasına razılıq verib.

Qol.az xəbər verir ki, bu haqda “Tuttosport” nəşri məlumat yayıb. Portuqaliyalı oyunçu illin maaşının bir hissəsindən imtina etməyə hazır olduğunu deyib. Bu halda o, 4 milyon avroya yaxın zərər edəcək . Bundan başqa, “Yuventus”dan Canluici Buffon, Corco Kyellini və Leonardo Bonuççi isə 1,5 aylıq maaşından imtina ediblər.

Qeyd edək ki, İtaliyada A seriyasının dayanması səbəbindən ən çox maliyyə itkisinə məruz qalan klub “Yuventus”dur.

 

Daha çox


Son xəbərlər
24.05.20  08:50

Ağdamdan Ankaraya...

23.05.20  17:17

Şərikli rekord