“Bavariya” Noyerlə razılığa gələ bilmir

“Bavariya” Noyerlə razılığa gələ bilmir
DÜNYA FUTBOLU 25 Mart 2020 / 13:10 2012
-  A +

“Bavariya” qapıçısı Manuel Noyer  ilə yeni müqavilə üçün danışıq aparır.

Qol.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu 33 yaşlı qolkiper və onun agenti ilə razılığa gələ bilmir.

Daha əvvəl Almaniya mətbuatı Noyerin klubun fəxri prezidenti Frans Bekkenbauerlə yaxşı münasibətdə olmadığı və bunun yeni müqavilə imzalanmasını çətinləşdirdiyini yazmışdı.

İspaniya mətbuatında isə “Bavariya”nın Noyeri “Barselona”da çıxış edən Almaniya millisinin digər qapıçısı Ter Ştegenlə əvəzləyəcəyi haqda xəbərlər yayılıb.

Qeyd edək ki, 2011-ci ildən “Bavariya”da çıxış edən Noyerin klubla hazırkı müqaviləsi gələn ilin yayına qədərdir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı