Premyer Liqamızın bütün klubları məşqlərini dayandırdı

Premyer Liqamızın bütün klubları məşqlərini dayandırdı
ÖLKƏ FUTBOLU 16 Mart 2020 / 17:48 1526
-  A +

"Qarabağ" da fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar "Qarabağ"ın əsas, əvəzedici komandalarının və "Qarabağ" Futbol Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.

Bununla da artıq Premyer Liqamızın bütün iştirakçıları məşqlərini dayandırmış oldu.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı