Koçuk 100-ü yarıladı

Koçuk 100-ü  yarıladı
XƏBƏR 16 Fevral 2020 / 18:00 899
-  A +

“Sabah”ın futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

Qol.az xəbər verir ki, bu, mövsümün 17-ci turuna təsadüf edib. “Sumqayıt”la səfər matçına (2:1) qədər hesabında 49 oyun olan moldovalı yubiley görüşündə forma geyinib.

“100”ü yarılayan legioner Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Həmin vaxt “Səbail”in formasını geyinən futbolçu 13 matçda 2 qol vurub. Ötən mövsüm bu klubda 22 qarşılaşmaya çıxan Koçuk 4 dəfə rəqib qapısına yol tapıb. Cari çempionatın ilk yarısında “Səbail”də keçirdiyi 12 görüşdə 1 qola sevinən moldovalı bu klubda cəmi 47 oyun keçirib və 7 qol vurub. Qış fasiləsində “Sabah”a üz tutan Yevgeni yeni komandasında 3 oyunda iştirak edib.
 

Daha çox


Son xəbərlər
07.07.20  12:00

Mourinyo - 200