"Uelsi təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq".
Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Uelslə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində hündür oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Qol vurmağa cəhd etdik. Bizim hücumlarımız çox kəsərli və təhlükəli deyildi. Bir epizodu qeyd etmək istəyirəm. Rəqib açıq əllə oynadı. Penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, başqa nəsə etmək mümkün idi. Ancaq alınmadı".
Yurçeviç Azərbaycan yığmasının qrupdakı digər bütün rəqiblərindən zəif olduğunu bildirib: "Macarıstanda bir xalımızı əlimizdən aldılar. Rəqiblərdəki keyfiyyət daha yaxşıdır. Daha çox xal qazanmağımız mümkün idi. Müəyyən hallarda bəxtimiz gətirmədi. Səhvlər də etdik. Ona görə bir xal qazana bilmişik. Nəticə baxımından durum yaxşı deyil. Hesab edirəm ki, şans verdiyimiz cavan oyunçular gələcək görüşlərdə daha yaxşı çıxış edəcəklər".
53 yaşlı mütəxəssis oyundan sonra AFFA rəhbərliyi ilə görüşmədiklərini söyləyib: "Əldə etdiyimiz nəticədən mən də razı deyiləm. Bizdə 2-3 keyfiyyətli oyunçu çatışmır. Komandadakı durumumla bağlı nəsə deyə bilmərəm. Müqaviləm fevral ayına qədər qüvvədədir. Özüm və ailəm Bakını və Azərbaycanı bəyənirik".
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi