"Ardıcıl 8 oyunda qol buraxmağımız məni çox narahat etmir" - Klopp

"Ardıcıl 8 oyunda qol buraxmağımız məni çox narahat etmir" -  Klopp
DÜNYA FUTBOLU 6 Noyabr 2019 / 17:18 2679
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının ardıcıl 8 oyunda qol buraxmasından danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunu sıx qrafiklə oynamaları ilə əlaqələndirib:

"Düzünü desəm, bu, məni çox narahat etmir. Ancaq əlbəttə ki, istədiyimiz hal deyil. Buraxdığımız bütün qollar hamısı fərqli epizodlarda olub. Buna görə də ardıcıl qollar buraxmağımız müdafiə xətti ilə bağlı deyil. Sadəcə, oyunumuzda 100 faiz dəqiq deyilik. Bu cür sıx qrafiklə bütün matçlarda eyni templə oynamaq olmur. Amma bunun üzərində işləməliyik".

Qeyd edək ki, "Liverpul" Premyer Liqada növbəti oyununu noyabrın 10-da "Enfild"də "Mançester Siti"yə qarşı keçirəcək.

Bizi İnstaqramda da izləyin!

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord