"Neftçi" Xorvatiya klubuna uduzdu

"Neftçi" Xorvatiya klubuna uduzdu
ÖLKƏ FUTBOLU 13 İyul 2026 / 21:38 6100
-  A +

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşıb.

Lendava stadionunda keçirilən matç Xorvatiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0:1, Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3:0 hesabı ilə qalib gəlib. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner