İspaniya millisinin kapitanı Rodri DÇ-2026-nın yarımfinalında Fransa ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, təcrübəli yarımmüdafiəçi rəqibin güclü tərəflərini etiraf etsə də, komandasının finala yüksəlmək gücündə olduğunu bildirib.
"Fransa bu turnirin ən güclü komandalarından biridir və hazırda əla formadadır. Amma İspaniya da eyni vəziyyətdədir. Biz onları məğlub edə bilərik. Bunu artıq Avropa çempionatında və Millətlər Liqasında göstərmişik".
İspaniyalı futbolçu qarşıdakı görüşün əvvəlki qarşılaşmalardan fərqlənəcəyini də vurğulayıb:
"Fransanın çox güclü hücum xətti var. Amma onların müdafiəsini də xüsusi qeyd edərdim. Oyunu öz istədiyimiz məcraya yönəltməliyik. Keçən il olduğu kimi 5:4 hesablı matçlar hər zaman olmur və bu nəticə bizi aldatmamalıdır. Bu dəfə qarşımızda daha güclü komanda olacaq və onlara qol vurmaq daha çətin olacaq. Qarşıda bizi turnirin ən güclü komandalarından birinə qarşı ciddi sınaq gözləyir və biz bunu səbirsizliklə gözləyirik".
Qeyd edək ki, İspaniya - Fransa oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama