Ronaldinyo Futbol Akademiyası nə vaxt istifadəyə veriləcək? - Tale Heydərov açıqladı

Ronaldinyo Futbol Akademiyası nə vaxt istifadəyə veriləcək? -  Tale Heydərov açıqladı
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2019 / 12:10 5655
-  A +

"Hamıya idman nailiyyətlərimizi göstərmək üçün Qəbələ Futbol Akademiyasını təsis etdik.  Fəxrlə deyə bilərəm ki, akademiyada işlərin çətinliyinə baxmayaraq burada yetişən  oyunçular idmanda ən yaxşısını ediblər və son illərdə bir çoxları Azərbaycan yığmasının heyətinə də çağırılıblar".

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun sabiq prezidenti Tale Heydərov "Emerging Europe” nəşrindəki yazısında bildirib.

O, Azərbaycanda fəaliyyət göstərəcəyi gözlənilən Ronaldinyo Futbol Akademiyası ilə bağlı da danışıb. Qeyd edib ki, akademiyanın açılışı gələn ilin əvvəlinə planlaşıdırılır:

"Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik".

Xatırladaq ki, 2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ”nin dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı