"Keşlə"nin futbolçusu Con Kamara Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az -ın məlumatlna görə, o, əvvəlcə oyun haqda danışıb.
- Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Matç 0:0 yekunlaşsa da, qalibiyyətə yaxın olan tərəf biz idik. 3 xal qazana bilərdik. "Neftçi" çox yaxşı komandadır. Tanınmış oyunçuları var. Bununla belə oyun qolsuz bərabərliklə yekunlaşdı.
- Nəticəni ədalətli hesab edirsiniz?
- Bu, futboldur. Bəzən qələbə gözləyirsən. Əgər qalib gələ bilmirsənsə, 1 xalla kifayətlənməyi bacarmalısan. Dediyim kimi, "Neftçi" əla komandadır. Onlara hörmət edirik. Buraya 3 xal üçün gəlmişdik.
- Paltardəyişmə otağında komanda yoldaşlarının alqış və gülüş səslərini eşitdik. Bu, nəticəyə görədir?
- Əlbəttə. Onlarla oyunda 1 xal belə bizim üçün vacibdir. Nəticəyə görə xoşbəxtik.
- "Neftçi" meydanda azlıqda qalandan sonra "Keşlə"nin pressinq edəcəyi gözlənilirdi. Amma bu, müşahidə olunmadı.
- Haqlısınız, hər kəs bizdən bunu gözləyirdi. Ancaq bu, futboldur. Çempionlar Liqasının oyunlarında da belə hallar müşahidə olunur. Gördüyünüz kimi, azlıqda qalandan sonra da "Neftçi" hücum edib, hesabı aça bilərdi. Biz intizamlı komandayıq. Məşqçimizin tapşırıqlarına qulaq asırıq. Sonda xal qazana bildik. Düşünürəm ki, bizim üçün ən vacibi də budur.
- Bu yay bir çox oyunçu "Keşlə"ni tərk etdi. Amma komandada qalan oyunçulardan biri oldunuz. Tərlan Əhmədovu sizi komandada saxlaması üçün onu nəcə təəccübləndirdiniz?
- Düşünmürəm ki, onu nəyləsə təəccübləndirdim. Bəzən komandada dəyişikliklər edilir. Komandam üçün əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Düzdür, bir çox oyunçu "Keşlə"ni tərk etdi. Ancaq mən hələ də komandamlayam. Məşqçilər heyəti komandanı yenidən qurmaq üçün belə addımlar atır.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi