"Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdir. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram. Ola bilər ki, onlarda hər hansı bir dəyişikliklər olub".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, görüşdə 2-ci qolun müəllifi olan yeni transfer Maqaye Qeyenin hələ formada olmadığını bildirib: "Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdır. Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha da yaxşı Maqaye Qeye görə bilərik".
Q.Qurbanov zədəli oyunçuların durumu haqda da danışıb: "Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O, iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın fasiləsindən sonra onu meydanda görə bilərik. Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır. Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başla bilər".
Çalışdırıcı heyətə yeni yarımmüdafiəçi cəlb etmək istədiklərini əlavə edib: "Biz transfer axtarışındayıq. Yarımmüdafiəçi istəyirik. Avropa Liqasının qrupuna düşsək də, düşməsək də orta xəttə oyunçu istəyirik".
Q.Qurbanov gənc oyunçu İsmayıl İbrahimli haqqında müsbət fikirlər səsləndirib: "Onunla bağlı fikrim pozitivdir. Oyun üslubumuza tam uyğundur. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidir. İsmayılın futbol mentaliteti yaxşıdır. Bizim kollektivə uyğun futbolçudur".
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı