Rusiyanın məşhur “Sport-ekspress” qəzeti millimizin və Moskva “Dinamo”sunun hücumçusu Ramil Şeydayevi tənqid edib.
Qol.az-ın xəbərinə görə, Premyer Liqanın 6-cı turunun “Dinamo” – “Lokomotiv” matçı (1:2) ilə bağlı yazıda qeyd edilib ki, Şeydayevə tükənməz inam olsa da, onun geridə qalan 6 oyunda rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratdığını xatırlamaq çətindir.
“Yalnız “Spartak”la matçda onun 20 metrlikdən vurduğu zərbə dirəyə dəydi. Digər yaddaqalan vəziyyətləri isə başqaları yaradıb. Ramilin isə belə imkanları olmayıb. Demək olmaz ki, onun alternativləri yoxdur. Həmin Nji hücumda özünün sürətli oyununu göstərə bilərdi. Yaxud sol cinahda Joazinyonu görə bilərdik. Qrulyev 15 dəqiqəlik oyunu ilə Şeydayevin 90 dəqiqə meydanda olmağından daha faydalıdır. Bundan başqa Pançenko və Filipp kimi oyunçular var. Onlar yəqin ki, hücumda azərbaycanlıdan daha təhlükəli olardılar” – deyə yazıda qeyd edilib.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı