“İlk oyunda qələbə qazandığımız üçün çox şadıq. Əfsuslar olsun ki, komandamızın artıq mərhələni keçdiyini düşünənlər var. Ancaq bu, bizə mane ola, təsir edə bilər”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə APOEL-ə qalib gəldikləri oyun (2:1) haqda danışarkən deyib.
O bildirib ki, həmin qalibiyyətə görə qəti arxayınlaşmaq olmaz: “Cavab oyununa da ciddi hazırlaşmalı, çox ehtiyatlı və diqqətli olmalıyıq. Rəqib güclüdür, ikinci matçda maksimum qüvvəsiylə uğur qazanmağa çalışacaq. Düşünürəm ki, Bakıdakı oyun daha çətin olacaq. Çempionlar Liqasında güclü komandalar mübarizə aparır. Dəfələrlə olub ki, ilk oyunda uduzan klub cavab görüşündə uğurlu nəticəylə istəyinə çatıb”.
Q.Qurbanov ÇL-in pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri haqda sualı da cavablandırıb. O “Ayaks”- PAOK qarşılaşmasında hansı komandanı rəqib görmək istərdiniz” sualına belə cavab verib:
“Ümumiyyətlə, bu barədə düşünmək istəmirik. Üçüncü təsnifat mərhələsində ilk oyunu uğurla bitirmişik. Bütün diqqət cavab qarşılaşmasında olmalıdır. Bizi “Ayaks” – PAOK matçı maraqlandırmır”.
Mənbə: supersport.az
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə