"Azərbaycan hücum edəndə əlimizi yana salaraq arxada oturmuşduq"

"Azərbaycan hücum edəndə əlimizi yana salaraq arxada oturmuşduq"
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2018 / 15:56 4865
-  A +

"Bir neçə aydan sonra FİFA reytinqində ilk yüzlüyə daxil ola bilərik. Bundan çox məmnun olardıq. Hazırda əsas məqsədimiz də budur".

Qol.az-ın məlumatına görə, bu sözləri yığmamızın Mİllətlər Liqasında rəqiblərindən olan Kosovo millisinin qapıçısı Samir Uykani deyib.

FİFA-nın saytına açıqlama verən "Rizəspor"un qolkiperi Millətlər Liqasının ilk turunda yığmamızla Bakıda keçirilən görüşü xatırladıb. O, bundan sonra Bakıdakı görüşlə müqayisədə daha yaxşı oynayacalarını bildirib:

"Azarkeşlərimiz ilk günlər səbirsiz idilər. Dünya çempionatının seçmə mərhələsində dərhal qalib olacağımızı düşünürdülər. Heç kim pis nəticə gözləmirdi. Bir neçə həftə əvvəl Azərbaycanla görüşdə rəqib hücum edərkən əlimizi yanımıza salaraq arxada oturmuşduq. Bir neçə dəqiqə ərzində topu sadəcə, çıxarırdıq ki, təzyiqin qarşısını alaq. İndi daha az risk edirik, müdafiyə ilə hücum arasında daha tez-tez balans yaradırıq. Daxili liqamız bunda bizə çox kömək edir. Futbolçular böyüyürlər və öz klublarına çağırış edirlər. Bunun da milli komandaya kömək etməsi aydındır".

Qeyd edək ki, Kosovo millimizlə Bakıda qolsuz heç-heçə etmişdi. Komandalar arasında növbəti görüş noyabrın 20-də Priştinada keçiriləcək.

Daha çox


Son xəbərlər