Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Qol.az-ın "World Coach Ranking" saytına istinadən yaydığı xəbərə görə, siyahıda Azərbaycandan 2 məşqçi - Qurban Qurbanovla Roberto Bordinin adı yer alıb.
İki mütəxəssis arasında ən yaxşı nəticə "Neftçi"nin çalışdırıcısına məxsusdur. 7 pillə irəliləyən italiyalı məşqçi 1116 xalla 447-ci sırada qərarlaşıb. Ehtiyatında 1077 xalı olan millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə 461-cidir. O, ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan 2-ci, "Atletiko"nun çalışdırıcısı Diqeo Simeone isə 3-cüdür.