“Bakı” legionerlərindən birini saxlayıb, 15-ni yola saldı

“Bakı” legionerlərindən birini saxlayıb, 15-ni yola saldı
XƏBƏR 24 May 2010 / 17:33 2667
-  A +

Dünən mövümün son oyununda “Xəzər Lənkəran” üzərində qələbə qazanmaqla, ölkə kubokuna sahib çıxan “Bakı” demək olar ki, bütün legionerlərini öz ölkələrinə yola salıb. Qol.Az-ın paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, “zolaqlılar”ın şərəfini qoruyan 16 əcnəbi futbolçudan yalnız biri Bakıda qalıb. O da komandanın braziliyalı üzvü Adriano Padilya Nasimentodu. Millimizin də şərəfini qoruyan Fabio Luis Ramim isə əsas komandamızın Avstriyadakı təlim-məşq toplanışında iştirak etmək üçün sözügedən ölkəyə yollanıb.
“Bakı”nın legionerlərinin ölkəmizə iyunun 10-da qayıdacağı gözlənilir. Çünki paytaxt təmsilçisi növbəti mövsümə və Avropa Liqasının hazırlıqlarına məhz həmin vaxtdan etibarən hazırlaşmağa başlayacaq.


Son xəbərlər