"1/4 finalda Fransaya məğlubiyyət ona əzab verir"

"1/4 finalda Fransaya məğlubiyyət ona əzab verir"
DÇ-2018 6 İyul 2018 / 21:59 4273
-  A +

“Əvvəlki rəqiblərimizə qarşı oynadığımız kimi oynamadıq. Komanda şəklində məğlubiyyəti hiss edirik. Geridönüş etmək üçün çox şey etdik, amma ikinci qolu  buraxdıq. Etdiyimiz əvəzetmələr kömək etmədi".

Qol.az-ın məlumatına görə, bu sözləri Uruqvay millisinin baş məşqçisi Oskar Tabares DÇ-2018-in 1/4 finalında Fransaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oyunda gedişatı dəyişmək üçün qeyri-insani səylər göstərdik, amma rəqib daha yaxşı oynadı. Bunu etiraf edirəm" - deyə o bildirib.

O.Tabares Amerika kubokuna hazırlaşacaqlarını vurğulayıb: "Daha da irəliləməliyik. Gələcəyimiz barədə düşünəcəyik. Futbol elitasının bir çox ölkəsi  Rusiyanı bizdən əvvəl tərk etdi. Məğlubiyyət ağrılıdır və əzab verir. Amma onu aradan qaldırmalıyıq".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi