"Qəlbimiz qırıldı, amma Kolumbiya ilə fəxr edirəm" - Falkao

"Qəlbimiz qırıldı, amma Kolumbiya ilə fəxr edirəm" - Falkao
DÇ-2018 4 İyul 2018 / 15:30 2932
-  A +

Kolumbiya millisinin kapitanı Radamel Falkao DÇ-2018-in 1/8 final mərhələsində penaltilər seryasında İngiltərəyə uduzaraq mübarizəni dayandırmalarına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, 32 yaşlı hücumçu şəxsi “İnstagram” səhifəsində məğlubiyyətə baxmayaraq komandası ilə fəxr etdiyini yazıb:

“Qəlbimiz qırıldı, amma dünya çempionatında qazandığımız nəticə ilə qürur duyuruq. Bu komanda ilə fəxr edirəm. Kolumbiya üçün meydanda hər şeyimizi qoyduq. Kolumbiyalı olduğum üçün fəxr edirəm. Tanrı qəlbi qırıq insanlara yaxındır və onları xilas edir”.

Qeyd edək ki, dünən əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında İngiltərə uduzan Kolumbiya yığması mundialla vidalaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi