Klublarımızın 5 potensial rəqibi bilindi - Avropa Liqası

Klublarımızın 5 potensial rəqibi bilindi -  Avropa Liqası
GÜNDƏM 19 İyun 2018 / 00:35 7497
-  A +

Avropa Liqasında çıxış edəcək klublarımızın 5 potensial rəqibi müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  artıq qruplar bəlli olduğundan klublarımızın  I təsnifat mərhələsindəki 5 potensial rəqibi məlum olub. Hər 3 klubumuz səpələnmişlər qrupunda yer alıb.

Ölkə kubokunun sahibi "Keşlə"  "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.


Gümüş mükafatçı "Qəbələ"nin
mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klublarıdır.

Bürünc medalçı "Neftçi" isə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə qarşılaşacaq.

Qeyd edək ki,  I təsnifat mərhələsinin püşkatması iyunun 20-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Daha çox


Son xəbərlər