Tofiq Bəhramovun ailəsindən İngiltərəyə dəstək

Tofiq Bəhramovun ailəsindən İngiltərəyə dəstək
DÇ-2018 10 İyun 2018 / 20:09 5613
-  A +

DÇ-2018-in başlaması ərəfəsində Böyük Britaniya mətbuatı əfsanəvi azərbaycanlı hakim Tofiq  Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.

Qol.az-ın xəbərinə görə, məşhur “Mirror” qəzeti T.Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib. Qəzet yazıb ki, Bəhramov ailəsi mundialda İngiltərəyə azarkeşlik edəcək.

36 yaşlı kiçik Bəhramov deyib: “Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər. İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, əgər babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu”.

Nəvə Bəhramov arzu edir ki, onun oğlu Bəhram ailəsinin futbol ənənəsini davam etdirəcək və nə zamansa İngiltərə Premyer Liqasında oynayacaq.


Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi