Rəşad Sadıqov U-21-ə baş məşqçi gətirilir

Rəşad Sadıqov U-21-ə baş məşqçi gətirilir
GÜNDƏM 11 Dekabr 2017 / 13:21 6000
-  A +

Azərbaycanın U-21 milli komandasına yeni baş məşqçi təyin olunacaq.

Qol.az-ın sport24.az saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın kapitanı və bu klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov sözügedən vəzifəyə gətiriləcək.

Təyinatın sabah rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, daha öncə bu vəzifəyə Mahmud Qurbanovun gətiriləcəyi bildirilirdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi