Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Traktorsazi” komandası ilə Ciddə şəhərinin “əl-İttihad” klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb.
APA-nın “Araznews”a istinadən verdiyi məlumata görə, bəzi azərbaycanlı azarkeşlər stadiona Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qara sarğı ilə gəliblər, bəziləri isə “1992 faciəsi Xocalı” plakatını nümayiş etdiriblər.
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (EtTEAAT) əməkdaşları Xocalı soyqırımının ildönümünü anan həmin soydaşlarımıza qarşı zor tətbiq edib. Onların həbs edildiyi, döyüldüyü bildirilir və hazırda azərbaycanlı azarkeşlərin harada saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur. Ümumiyyətlə, görüşdən əvvəl stadiona daxil olan hər bir azarkeş ciddi şəkildə yoxlanılıb, onları kameraları müsadirə edilib və özü ilə qırmızı parça gətirmiş soydaşlarımız həbslə hədələnib. Ancaq bununla belə, soydaşlarımız 90 dəqiqə boyunca “Yaşasın “Traktor”!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Traktor”u el istər, şərəfli millət istər!”, “Türklərin iftixarı “Traktor”!” şüarları ilə stadionu lərzəyə gətiriblər, qırmızı bayraqlar və plakatlar qaldırıblar. Eyni zamanda oyundan sonra azarkeşlər “Traktorsazi”nin qələbəsini qeyd etmək üçün maşınlar və bayraqlarla şəhərin küçə və meydanlarına axışıblar, onlar Azərbaycan musiqilərinin sədaları altında rəqs ediblər, müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki, İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb. Təbriz klubu fevralın 26-da saat 16:30-da “Səhənd” stadionunda Səudiyyə Ərəbistanının “əl-İttihad” komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta “Traktorsazi” oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart almaqla qırmızı vərəqə ilə cəzalandırılıb və matçdan kənarlaşdırılıb. Ancaq bununla belə, Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb - 1:0. Qarşılaşmanı 50 minə yaxın azarkeş izləyib. Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin futbol komandalarıdır.
Yuxarı
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi