Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (BFFTS) bu gün klubların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, uzun fasilədən sonra nəhayət ki, Azərbaycan klubu da BFFTS-nin siyahısına düşüb. Avroliqada uğurlu çıxış edən “Qarabağ” ötən ayla müqayisədə 139 pillə irəliləyərək, 279-cu yerə yüksəlib. Təmsilçimiz reytinqdə Rusiya, Türkiyə, Fransa, Isveç, Xorvatiya, Ispaniya, Ingiltərə, Argentina, Şotlandiya, Braziliya, Italiya kimi futbol ənənələri olan ölkələrin bəzi klublarını qabaqlayıb.
Avroliqanın play-off mərhələsinədək irəliləməyi bacaran digər klubumuz “Bakı”nın isə “ilk 350”liyə düşməməsi qaranlıq qalır.
Çempionumuzun məğlub olduğu İsveçrənin “Bazel” klubu reytinqdə 57-ci, “Levski” isə 105-cidir. “Qarabağ”ın rəqiblərindən “Tvente” 30-cu, “Rusenborq” 132-ci, “Honka” isə 330-cudur. “Simurq”u mübarizədən kənarlaşdıran “Bney Yehuda” isə 117-cidir.
İlk pillədə “Mançester Yunayted” qərarlaşıb. “Barselona” ikinci, Argentinanın “Estudientes” klubu isə üçüncüdür. Türkiyənin “Qalatasaray” klubu reytinqdə 11-ci, “Fənərbaxça” 40-cı, “Beşiktaş” 90-cı, “Sivasspor” 179-cu, “Trabzonspor” 244-cü. “Bursaspor” 291-ci, “Ankaraspor” isə 330-cudur.
"Qarabağ" eyni zamanda son 1 ayda reytinq siyahısında ən çox irəliləyən klubların da sırasına düşməyi bacarıb. Ağdam klubu son 1 ayda 139 pillə irəliləyib ki, bu da dünya klubları arasında ən yaxşı 10-cu göstəricidir.
Levandovski yorulduğunu etiraf etdi
"Arsenal"ın futbolçusu 3 aydan sonra sıraya döndü
"Yuventus" yeni baş məşqçisini təqdim etdi
"Karvan"ın xal itirdiyi oyun - Video
UEFA "Real"ın 4 futbolçusuna qarşı intizam işi açdı
İngiltərədə ən çox maaş alan məşqçi kimdir?
"Bavariya"nın futbolçusu əməliyyat olundu
"Karvan"dan heç-heçə, "Difai" qalib gəldi
Qazaxıstan futbolunda böyük maliyyə pozuntusu
"Milan" Çempionlar Liqasına vəsiqə qazanmasa...
Mbappe heykəlini gördü, təəccübləndi - Video
İspaniya futbolunun keçmiş rəhbərini 15,5 il həbs gözləyir
Azərbaycan çempionatından kənarlaşdırıldılar
Boatenqlə bağlı araşdırma dayandırıldı
Gəncə stadionundakı yenidənqurma işlərindən ən son - Video
AFFA-dan bölgə klublarına cəza və cərimələr
PSJ azarkeşlərinə qadağa qoyuldu
Fransada ən çox maaş alan baş məşqçilər
Vinisiusu təhqir edənlər cəzalandırıldı
Azərbaycanın iki şahmatçısı dünya kubokuna vəsiqə qazandı
Flik: "Biz "Real" deyilik"
Braziliyadan Ançellotiyə daha bir zəng
Rüfət Dadaşov dubl etdi
Arnoldun əvəzinə Kambiasonu transfer edəcəklər
Millimizin baş məşqçisindən 2:10 məğlubiyyətinə şərh
"Real" Asensio ilə müqaviləni uzadır
Azərbaycan millisi ilk oyununda uduzdu - Avropa çempionatı
"Liverpul" azarkeşləri Trentin formasını yandırır - Video
"Bavariya" daha bir müdafiəçisini itirdi
İstanbul derbisinin hakimləri açıqlandı
"Zirə"nin legioneri millidə qol vurdu
Florentino Peresdən futbolçulara böyük mükafat
Liqa 1-in ən çox maaş alan futbolçuları