“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın gərgin iş qrafikindən narazıdır.
QOL.az xəbər verir ki, mütəxəssis La Liqanın “Osasuna” ilə matçı ərəfəsində bu barədə danışıb. O, sıx oyun qrafikindən şikayətə görə "Real"la müqayisə olunmaq istəmədiklərini deyib:
"Biz "Real" deyil, "Barselona"yıq. Mən bununla fəxr edirəm. Futbolçular milli komandalardan qayıdıblar, amma biz bu oyunu oynamalıyıq. Onların milli komandalarda etdiklərini müzakirə edə bilmərik, ancaq "Osasuna" haqda danışmaq olar. Bəs bu matç üçün uyğun andırmı? Xeyr!
Biz səfər matçlarını hər dəfə axşam saat 21:00-da keçiririk, evə gecə gec qayıdırıq və futbolçuların bərpa üçün vaxtı olmur. Bundan narazıyam Söhbət təkcə "Barselona" və "Real"dan deyil, bütün La Liqa komandalarını qorumaqdan gedir. Bu sistemi mən dəyişə bilmərəm. Sadəcə düşünürəm ki, oyunçular istirahət etməlidirlər".
Qeyd edək ki, "Barselona" - "Osasuna" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar