"Qarabağ" Norveçdə tarix yazdı

 "Qarabağ" Norveçdə tarix yazdı
ÖLKƏ FUTBOLU 16 İyul 2009 / 23:54 7714
-  A +

Bu gün Bakı vaxtı ilə saat 22:00-da Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Norveçin Trondheym şəhərindəki «Lerkendal» stadionunda «Qarabağ» «Rusenborq»la qarşılaşdı. Qol.Az saat 22:00-dan etibarən "Rusenborq" - "Qarabağ" matçından canlı mətn-reportaj təqdim etdi.

“Rusenborq” (Norveç) - “Qarabağ” (Azərbaycan) 0:0
Tronheym. “Lerkendal” stadionu. İlk oyun
Baş hakim: Dimitar Metskarovski
Baş hakimin köməkçiləri: Petre Kadovski, Duşko Miloşevski
Dördüncü hakim: Qoran Spirkovski
(Hakimlər briqadası Makedoniyadandır)
Hakim-inspektor: Uolter Klark (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Karel Vertonqen (Belçika)

“Rusenborq” : Jarstein, Lustig, Stadsgard, Lago, Dorsin, Annan, Tettey, Skyelbred, İversen, Olsen, Prica.

"Qarabağ": Fərhad Vəliyev, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Maksim Medvedev, Aslan Kərimov, Rəşad Sadiqov, Admir Teli, Elvin Məmmədov, Emin İmaməliyev, Vüqar Nadirov, Vaqif Cavadov.

Hörmətli oxucularımız. "Tronheym"in "Lerkendal" stadionundan reportajımıza başlayırıq. Stadionda təxminən 6.000-ə yaxın azarkeş var. 30 nəfərə yaxın azərbaycanlı azarkeş komandamızı dəstəkləmək üçün stadiondadır. Uğurlar "Qarabağ" 

Matç başladı. Topa ilk toxunan "Rusenborq" oldu.

Matçın ilk dəqiqələrində oyun orta sahədə gedir.

"Rusenborq" hücumdadır.

"Rusenborq"un 3 nömrəli oyunçusu Rəşad Sadiqovu yıxır.

Top komandamızdadır. Rəqib çox güclüdür.

Komandamız hücum qurmaqda çətinlik çəkir.

Cərimə meydançasına ötürülən top. Fərhad Vəliyev topa sahib çıxır.

11. Qapımız qarşısında elə bir ciddi təhlükə yaşanmayıb.

Elvin Məmmədov topu cərimə meydançasına Emin İmaməliyevə ötürür.Emin oyundan kənar vəziyyətdədir.

"Qarabağ" yaxşı təsir bağışlayır. Ağıllı müdafiə olunur və ara-bir hücumlara çıxır.

Rəqib küncdən zərbə vurdu. Müdafiəçilərimiz sayıqdırlar.

17. Orta sahədə ötürmələrdə səhvlərə yol veririk.

20. Rəqib futbolçular artıq ikinci dəfədir ki, Elvin Məmmədova qarşı kobud oynayırlar.

Görüşün artıq ilk iyirmi dəqiqəsini geridə qoyuruq. "Qarabağ" möhkəm ol!!!

23. Medvedev rəqibini yıxır. Cərimə meydançamıza ötürülən top və müdafiəçilərimiz yerindədilər.

24. İversen zərbə vurmağa imkan tapdı. Ama zərbəsi o qədər də təhlükəli olmadı.

Rəqib outdan istifadə etdi. Top müdafiəçilərimiz tərəfindən kənarlaşdırılır.

"Qarabağ" hücum qura bilməsədə müdafiədə inamlıdır.

29. Vüqar Nadirov sağ cinahdan irəliləyir. Rəqib müdafiəçi onun qarşısını alır.

31. Qapımız qarşısında künc zərbəsindən sonra rəqib futbolçular bir-birləri ilə toqquşur. Futbolçularımız həddindən artıq rahatdırlar.

Rəqib futbolçu Vaqif Cavadova qarşı kobud oynayır.

36. Elnur Allahverdiyev topu gecikdirdiy üçün sarı vərəqə ilə cəzalandılır.

38: Qapımız qarşısında təhlükəli məqam.

Rəqibin zərbə ilə vurulan topu müdafiəçilərimiz çıxardır.

Vüqar Nadirov irəliləyir və zərbə vurur. Zərbəsi effektli alınmır.

 

Komandamız hücumdadır. Emin İmaməliyev oyundan kənar vəziyyətə düşdü.

 

Qapımız qarşısına çox təhlükəli ötürmə oldu. Xöşbəxtlikdən heç bir rusenborqlu topa toxuna bilmədi.

 

Fərhad Vəliyev topa çıxışda yenidən səhv eləyir. Yenidən qapımız qarşısına ötürülən topu isə Vəliyev tutur.

 

İlk hissə bitdi. "Qarabağ"ımız ilk hissədə qapısından top buraxmadı. "Qarabağ" bütün dualarımız səninlədir. Sevindir bizi bu gün.

 

İkinci hissə başladı. 

 

Oyuna "Qarabağ" başlayır.

 

Oyun başlayan kimi Emin İmaməliyev sarı vərəqə alır.

 

Rusenborqlu futbolçu topu qapısına ötürür. Qapıçı topu uzaqlaşdırır.

 

Qapımız qarşısında təhlükəli hücum. Son zərbə dəqiq deyil

 

Rusenborq sol sinahdan hücum edir. Bravo Rəşad. Rəşad topu auta çıxardır.

 

50.  Emin İmaməliyevi irəliləyərkən yıxırlar.

 

Oyyy oyyy oyyy. Fərhadddddddd inanılmaz bir top çıxardır. Künc zərbəsindən ötürülən topu rəqib futbolçu başı ilə qapımıza vurdu. Fərhad bravo!!!!!!!!

 

Outdan topu oyuna daxil edirik. Ötürmə dəqiq deyil. Top yenidən rəqibdədir.

 

Vaqif Cavadov rəqibini yıxır. Qapımız qarşısına ötürülən top.

 

İnanılmaz. Elnur Allahverdiyev topu qapı xəttindən çıxardır.

 

Müdafiəçilərimiz inamlı oynayırlar. Qapımız qarşısında təhlükəli məqam yoxdur hələ ki.

 

Vaqif Cavadov irəliləyir. Rəqib topu sol cinahdan outa çıxardır

 

Emin İmaməliyev uzaqdan güclü zərbə vurdu.  Top qapının dibindən çölə çıxdı.

 

Fərhad Vəliyev topu oyuna daxil edir.

 

Rəqib futbolçu güclü zərbə vurur. Top Rəşad Sadıqova dəyərək outa çıxır.

 

Qapımız qarşısında qarışıqlıq. Fərhad topu tutur.

 

Rəqibin 7 nömrəli oyunçusu Olsen topu baş zərbəsi ilə vurur. Top qapıdan aralı çıxdı.

 

Komandamız küncdən zərbə vurur. Ənənəvi Vaqif Sadıqov taktikası. Oyunçularımız ayaqlarının arasından topu buraxdılar. Son zərbə dəqiq olmadı.

 

Rusenborq təlaş içərisindədir. Baş məşqçi iki oyunçu dəyişikliyinə əl atır.

 

80. Tettey uzaqdan zərbə vurur. Top oyunçularımıza dəyərək oyundan çıxır.

 

Elvin Məmmədov rəqibini yıxır. Top Vüqar Nadirova ötürülür. Heyf, Vüqar ofsayddadır

 

Aslan Kərimov meydanı tərk edir. Kapitanlıq sarğısını Fərhada Verir

 

73. Mikayıl Yusifov oyuna daxil olur.

 

74. Oyun meydanın mərkəzində gedir.

 

Qapımıza uzaqdan zərbə. Fərhad yerindədir.

 

Vaqif Cavadov gözəl reyd edir. Onu yıxırlar.

 

Vüqar Nadirov cərimə meydançasına doğru irəliləyir. Heyf, topu itirir.

 

Küncdən zərbə. Rəqib futbolçu başla zərbə vurur. Effektsizdir. Top çıxır. Fərhad topu oyuna daxil edir.

 

81. Top rusenborqluların cərmiə meydançası tərəfdədir.

 

Rəqib daha bir dəyişiklik edir. Meydana 20 nömrəli oyuncu Traore daxil olur.

 

Rusenborq cərimə zərbəsindən istifadə edir. Top qapının üstündən keçir. 

 

85. Futbolçularımızda yorğunuq deylən bir şey yoxdur.

 

Emin oyunu tərk edir. Zaur Həşimov oyuna daxil oldu. Medvedev yerdədir.

 

Azarkeşlər onun vaxt apardığını fikirləşib fitə basırlar.

 

89. Fərhad Vəliyev sarı vərəqə alır. Medveded xərəklə meydandan çıxardılır.

 

Onun yerinə Rauf Əliyev meydana daxil olur.

 

Matçın əsas vaxtı tamam oldu

 

Əziz oxucular, meydanda əsl mübarizə gedir.

 

Rəqib oyunçu sarı vərəq aldı

 

Komandamız hücum etdi. Nəticəsizdir.

 

Matç bitdi.. "Qarabağ" Norveçdə tarix yazdı. Bravo Bravo Bravo "Qarabağ"

 

Təbriklər "Qarabağ" Təbriklər!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Daha çox


Son xəbərlər