Türkiyə milli komandasının və İstanbulun «Qalatasaray» klubunun yarımmüdafiçisi Arda Turanın Qol.Az saytına eksklüziv müsahibəsi
- Arda, salam! Səni Azərbaycandan Qol.Az saytından narahat edirik...
- Lap yaxşı. Çox şad oldum. Azərbaycandan aradığınıza sevindim və yaxşı mənada təəccübləndim.
- Bir müddət öncə səhhətində problem var idi, indi necəsən?
- Hazırda hər şey qaydasındadı. Şükür Allaha, heç bir problemim yoxdu. Məşqlərimiz bir az gərgin keçdiyinə görə səhhətimdə problemlər yarandı. Sizə təşəkkür edirəm ki, mənimlə maraqlanırsınız.
- «Qalatasaray»da gənclər komandasında sənin məşqçilərin olmuş Halim Fıçıcı ilə Ali Yavaşın Azərbaycanın "Qəbələ" klubunda çalışdığından xəbərin varmı?
- Əlbəttə. Hər iki məşqçinin orada olmasının Azərbaycan futbolu üçün inanılmaz dərəcədə xeyiri dəyəcək. Onlar türk futboluna böyük futbolçular bəxş edən insanlardı. Böyük hədəfləri var. İnanıram ki, bu hədəflərinə Azərbaycanda çatacaqlar. Onlar sistemlə işləyən məşqçilərdi. Öz sistemlərini orda tətbiq etsələr, bu, Azərbaycan üçün çox böyük bir şans olar. İnanıram ki, nə vaxtsa Azərbaycan futbolu da Türkiyə futbolunun səviyyəsinə çatacaq və biz futbolda da bərabər addımlayacağıq.
- Azərbaycana gəlməyi düşünürsənmi?
- Bu vaxta qədər sizin ölkənizdə heç olmadım. Azərbaycanın türkdilli dövlət olduğunu bilirəm. Ona görə də ora gəlməyi düşünürəm. İnşallah, tətildə Halim hocanın yanına gəlməyi planlaşdırıram.
- Azərbaycanda dostların var?
- Bəli, tələbə dostlarım var. Onlarla tez-tez əlaqə saxlayıram.
- Bəs futbolçulardan?
- Azərbaycanda çıxış edən türk futbolçularla da əlaqəm var: Suat Usta və Ali Cansunla. Onlar çox yaxşı futbolçulardı. Bildiyimə görə, orada uğurlu çıxış edirlər.
- Ümumiyyətlə, Azərbaycan futbolu ilə maraqlanırsanmı?
- Tanıdığım yeganə klub "Qəbələ"di. Çünki Halim hoca ilə Ali Yavaş hoca orada işləyirlər. Bir də sizin milli komandanın son yoldaşlıq görüşünü izləmişəm. Bərabərə qaldınız albanlarla.
- Komanda yoldaşın Sərvət Çətini Azərbaycanlı olduğunu bilirdinmi?
- Əlbəttə bilirik. İğdırlıdı, kökü azərbaycanlıdı.
- Son zamanlar "Qalatasaray"dan ayrılacağınla bağlı xəbərlər dolaşır...
- Mənim "Qalatasaray"la 2012-ci ilə qədər müqaviləm var. Bu səbəbdən qərarı rəhbərlik verəcək. Mən burada qalıb oynamağa hazıram.
- Ötən mövsüm bir çox çətinliklərə baxmayaraq, çempion oldunuz. Bu mövsüm necə, eyni uğura imza atacağınıza inanırsanmı?
- Düzdü, ötən mövsüm çox çətin anlar yaşadıq. Bəzi aparıcı futbolçularımız zədələndi, bəziləri cəzalanaraq çətin oyunları buraxmalı oldu. Amma hamıya məlumdur ki, bizim komandada heç kimdə olmayan ruh və birlik var. Və bu ruh bizə bütün çətinliklərə rəğmən, çempion olmağımıza kömək etdi. Bu il də Allahın köməyi ilə çempion olacağıq.
- Müsahibəyə görə təşükkür edirik.
- Çox sağ olun. Buradan «Qalatasaray»lı futbolçular adından bütün Azərbaycan xalqına salam söyləyirəm.
Kəmalə İSMAYILOVA
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq