Qol.Az

Vengerin əvəzinə Ançelotti


 

Vengerin əvəzinə Ançelotti

"Arsenal" baş məşqçi dəyişikliyi etməyə hazırlaşır.

Qol.az-ın "Corriere dello Sport"a istinadən yaydığı xəbərə görə, London klubu rəhbərliyi hazırkı baş məşqçi Arsen Vengerlə mövsümün sonu yolları ayırmağı düşünür. Onun əvəzinə komandaya Karlo Ançelottinin gətirilməsi planlaşdırılır.

Xəbərdə italiyalı mütəxəssisin "Arsenal"da işləməyə razılıq verdiyi yazılıb.

Qeyd edək ki, K.Ançelottinin İtaliya millisinin baş məşqçi vəzifəsinə də namizəd olduğu iddia edilir.

 





11.01.2018    çap et  çap et