Qol.Az

"Qarabağ"ın oyununun biletləri satışda - uzun növbə var


 

"Qarabağ"ın oyununun biletləri satışda - <b style="color:red">uzun növbə var</b>

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletləri artıq satışdadır.

Qol.az-ın məlumatına görə, biletlər bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb.

Artıq indidən azarkeşlər tərəfindən oyuna böyük marağın olduğunu demək olar. Kassaların qarşısında uzun növbə yaranıb. Biletlərin satışa çıxdığı cəmi iki saat olsa da, kassaların önündə böyük azarkeş sıxlığı var.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.

 





12.08.2017    çap et  çap et