Qol.Az

Şeydayevin komandasından növbəti qələbə


 

Şeydayevin komandasından növbəti qələbə Millimizin hücumçusu Ramil Şeydayev “Jilina”nın heyətində növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, “Jilina” Slovakiya çempionatının 32-ci turunda səfərdə “Moravtse” ilə qarşılaşıb.

Meydana start heyətində çıxan Ramil 61-ci dəqiqədə əvəzlənib. Görüş onun komandasının 4:1 hesablı qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki,  bir neçə tur öncə çempionluğunu rəsmiləşdirən “Jilina” bu qələbə ilə xallarının sayını 70-ə çatdırıb
 





20.05.2017    çap et  çap et