Qol.Az

FİFA prezidentindən "Qarabağ"a təbrik


 

FİFA prezidentindən "Qarabağ"a təbrik

FİFA-nın prezidenti Canni İnfantino "Qarabağ"ı ölkə çempionu olması münasibəti ilə təbrik edib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirib.

C.İnfantino dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Topaz Premyer Liqanın 2016/2017-ci il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

 





21.04.2017    çap et  çap et