Qol.Az

Robert Prosineçki "Valensiya"da? - iddia


 

Robert Prosineçki "Valensiya"da? - <b style="color:red">iddia</b> Milli komandamızın baş məşqçisi Robert Prosineçki üçün yeni iddia ortaya çıxıb.

Qol.az-ın Almaniyanın  “Kicker” nəşrinə istinadən yaydığı  xəbərə görə, xorvatiyalı mütəxəssis İspaniyada çalışa bilər.

Onu “Valensiya” baş məşqçi vəzifəsinə gətirmək niyyətindədir. Bildirilir ki, 48 yaşlı məşqçinin türkiyəli agenti Yaşar Çalışır bir neçə gün əvvəl İspaniyaya yollanıb və klubun rəhbərliyi ilə görüşüb. Son vaxtlar tez-tez baş məşqçi dəyişən klub rəhbərliyi Prosineçki ilə işləməyə müsbət baxır.

Hazırda La Liqada 11-ci pillədə olan "Valeniya"nı yerli mütəxəssis Voro çalışdırır.

Qeyd edək ki, Prosineçki 2014-cü ildən Azərbaycan yığmasını çalışdırır.
 





17.04.2017    çap et  çap et