Fatih Terim Türkiyə millisindən ayrılacaqmı? - rəsmi

Fatih Terim Türkiyə millisindən ayrılacaqmı? - rəsmi
GÜNDƏM 14 Oktyabr 2016 / 12:00 5800
-  A +

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören millidəki mükafat qalmaqalı, Fatih Terim və Arda Turan haqda önəmli açıqlama verib.

Qol.az-ın məlumatına görə, "A Spor"a danışan qurum rəsmisi deyib ki, heç vaxt futbolçularla Terim arasında mükafat davası olmayıb:

"Mükafatla bağlı problem olmayıb. Milli komanda Avro-2016-nın final mərhələsində mübarizəni kənarlaşdırmasına baxmayaraq, oyunçulara mükafatları vermişəm. Bundan sonra hər oyuna görə mükafat olmayacaq. Komandanın kapitanı baş məşqçi ilə mükafatla bağlı danışa bilər. Ancaq bunun məşq zamanı azarkeşlərin önündə söylənilməsi  yanlış idi".

Y.Demirören Arda Turanın milliyə çağırılmamağına da münasibət bildirib:

"Bir futbolçunun oynayıb-oynamamağına baş məşqçi qərar verir. Ardanın milliyə çağırılmamığına narazılığımı bildirmədim. Onun niyə yığmaya dəvət edilmədiyini bilmirəm. O, taktiki dəyişikliklərə görə bunu edə bilər. 2-3 matçda onamayan Arda 4-cü görüşdə meydanda ola bilər".

Qurum prezidenti F.Terimin millidəki gələcəyi haqda da danışıb. O, F.Terimlə əməkdaşlığa davam edəcəyini söyləyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi