"İsgəndər Cavadov haqda kitab yazmaq həm çətin, həm də məsuliyyətdir”

"İsgəndər Cavadov haqda kitab yazmaq həm çətin, həm də məsuliyyətdir”
XƏBƏR 28 Sentyabr 2016 / 18:01 1979
-  A +

“Mənim üçün xüsusi bir gündür. Azərbaycan futboluna adını qızıl hərflərlə yazdırmış, unudulmaz 11 nömrə İsgəndər Cavadov haqda yazdığım kitab bu gün işıq üzü gördü”.
 
Qol.az-a açıqlamasında bu sözləri tanınmış televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə deyib.

S.Şəfizadə İsgəndər Cavadov haqda yazdığı “№11 İsgəndər Cavadov” kitabının müəllifi olmağın çətinliyindən söz açıb:

“Uşaqlıqdan evimizdə İsgəndər Cavadov, İqor Ponomaryov, Maşallah Əhmədov kimi veteranların adları çox çəkilib. İlk dəfə İsgəndər Cavadov haqda kitab yazmaqla bağlı təklif alanda bir qədər tərəddüd etdim. Çünki bu, həm çətin, həm də məsuliyyətdir. 2-3 ay ərzində işimiz çox maraql alındı. Kitabda çox maraqlı faktlar, şəkillər var. Xüsusən də İsgəndər Cavadovun 4 idman növü ilə məşğul olması ilk dəfə bu kitabda qeyd olunub”.


Son xəbərlər