Kamran Ağayev bu gün Portuqaliyada debüt edə bilər

Kamran Ağayev bu gün Portuqaliyada debüt edə bilər
XƏBƏR 23 Sentyabr 2016 / 12:34 8779
-  A +

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev bu gün Portuqaliya çempionatında debüt edə bilər.

Qol.az-ın xəbərinə görə, bu haqda Portuqaliya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, K.Ağayevin bugünlərdə transfer olduğu “Boavişta” əfsanəvi qapıçı İker Kasilyasın şərəfini qoruduğu “Portu”nun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. 5 turdan sonra “Portu” 10 xalla 3-cü, “Boavişta” 5 xalla 12-ci yeri tutur.

Portuqaliya mətbuatı yazır ki, bunadək “Boavişta”nın əsas qapıçısı olan Mika “Sanderlend”ə transfer edildiyindən Kamran Ağayevin əsas heyətdə çıxış etmək şansı yüksəkdir. Əlavə edək ki, oyun öncəsi Portuqaliya mediası tərəfindən açıqlanan təxmini heyətdə də K.Ağayev əsas qapıçı kimi göstərilib.





Daha çox


Son xəbərlər