“Qarabağ”ın ev oyunlarının başlama saatı bilindi

“Qarabağ”ın ev oyunlarının başlama saatı bilindi
GÜNDƏM 30 Avqust 2016 / 12:51 5009
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlama saatı məlum olub.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Ağdam təmsilçisi ilk olaraq Çexiyanın “Slovan” klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qurban Qurbanovun komandası ikinci ev oyununda PAOK-u (Yunanıstan) qəbul edəcək. Bu matçın start fiti saat 21:00-da veriləcək.

“Qarabağ” son ev oyununda “Fiorentina” ilə qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək.

Avroliqada digər təmsilçimiz “Qəbələ”nin ev oyunlarının başlama saatı isə bu gün ərzində dəqiqləşəcək. Məlumatı Qol.az-a klubun meneceri Səbuhi Səfiyarlı verib.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır