UEFA-dan “Dnepr”ə sərt cəza

UEFA-dan “Dnepr”ə sərt cəza
DÜNYA FUTBOLU 30 Avqust 2015 / 15:44 10720
-  A +

UEFA ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubunu cəzalandırıb.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, Dnepropetrovsk təmsilçisi Avropa Liqasının qrup mərhələsinin iki ev oyununu azarkeşsiz keçirəcək.

Ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsində "Napoli" ilə keçirilən oyundan sonra Ukrayna klubunun azarkeşləri meydançaya girərək  komandalarının finala çıxmasını bayram ediblər. Azarkeşlərin qaydalara zidd hərəkətləri “Dnepr”in cəzalanmasına səbəb olub.

Miron Markeçivin komandası “Latsio” və “Sent Etyen”lə ev oyunları boş tribunlar önündə keçirəcək.

Son xəbərlər