"Real"ın yeni transferi: "Barselona"nı seçmədim, çünki..."

"Real"ın yeni transferi: "Barselona"nı seçmədim, çünki..."
DÜNYA FUTBOLU 19 Avqust 2015 / 19:51 14244
-  A +

"Real" yeni transferi Mateo Kovaçiçi ictimaiyyətə təqdim edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

İmzalanma mərasimindən sonra M.Kovaçiç bildirib:

"Dünyanın ən böyük klubuna transfer olundum. Məndən çox şey gözləyirlər.  Ən yaxşı oyunumu nümayiş etdirməyə çalışacam. Kriştiano Ronaldo kimi futbolçu ilə eyni komandada oynamaq mənim üçün çox önəmlidir".

Adı "Barselona" ilə də hallanan M.Kovaçiç "Real"ı seçməsinin səbəbini belə izah edib:

"Barselona"nı seçmədim, çünki dünyanın ən böyük klubu "Real"dır.  Burada olmaqdan məmnunam".

Qeyd edək ki, "İnter"dən (İtaliya) "Real"a transfer olunan M.Kovaçiç yeni klubuna 16 nömrəli forma geyinəcək.


Son xəbərlər