Vaqif Sadıqov: "Neftçi"də ciddi dəyişiklik olmayacaq"

Vaqif Sadıqov: "Neftçi"də ciddi dəyişiklik olmayacaq"
XƏBƏR 29 Sentyabr 2009 / 18:09 2074
-  A +

“Neftçidə ciddi dəyişikliklər gözlənilmir. Buna vaxt və imkan yoxdur. Biz komandamızın potensialına inanırıq. “Neftçi” yüksək nəticələr əldə etmək üçün bütün imkanlarından istifadə edəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında “Neftçi”nin yeni baş məşqçisi Vaqif Sadıqov söyləyib. Bu gün futbolçularla görüş keçirdiyini deyən V.Sadıqov “Neftçi”ylə gələn ilin sonunadək müqavilə imzaladığını bildirib. V.Sadıqov “Neftçi”nin baş məşqçisinin köməkçilərinin dəyişdiriləcəyini və bu vəzifəyə yerli məşqçilərin təyin ediləcəyini vurğulayıb.


Son xəbərlər