“Karvan” “Qəbələ” ilə oyuna itkisiz hazırlaşır

“Karvan” “Qəbələ” ilə oyuna itkisiz hazırlaşır
XƏBƏR 9 Sentyabr 2009 / 18:32 1732
-  A +

Həftəsonu Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində Yevlaxda “Qəbələ”ni qəbul edəcək “Karvan” qarşılaşmanın hazırlığını doğma rayonunda davam etdirir. Bu haqda məlumatı Qol.Az-ın əməkdaşı ilə söhbətində komandanın baş məşqçisi Yunis Hüseynov deyib. Hüseynov heyətdə ciddi itki olmadığını, əhval-ruhyyənin isə əla olduğunu bildirib: “Hazırlıq normal qaydada gedir. Düşərgədə əhval-ruhiyyə yaxşıdır, hamı oyuna hazırlaşır. Heç bir itkimiz yoxdur. “Qəbələ” güclü komandadır. Amma bizi qələbədən başqa heç bir nəticə düşündürmür. İnşallah, bu tur cari mövsümdə ilk qələbəmizi qazanarıq”.

Daha çox


Son xəbərlər