Stüard Bakster: “Azərbaycanla oyunlarımız həmişə ağır keçib”

Stüard Bakster: “Azərbaycanla oyunlarımız həmişə ağır  keçib”
XƏBƏR 31 Avqust 2009 / 14:04 2103
-  A +

“Bilirik ki, dünya çempionatına getmək şansımız yoxdur. Amma bu, o demək deyil ki, bundan sonrakı oyunlara ciddi yanaşmayacağıq. Məqsədimiz qrupda maksimum yüksək yer tutmaqdır. Bu mənada, Azərbaycana da ancaq qələbə dalınca gedirik”. Qol.Az-ın Finlandiyanın “Helsinki Times” nəşrinə istinadən verdiyi məlumata görə, bu sözləri sentyabrın 5-də dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Lənkəranda Azərbaycan milli komandasının qonağı olacaq Finlandiya milli komandasının baş məşqçisi Stüard Bakster deyib. Bakster qarşılaşmanın onlar üçün çətin keçəcəyini də etiraf edib: “Bildiyimə görə, qarşılaşma bu dəfə Bakıda yox, Azərbaycanın başqa şəhərində keçiriləcək. Amma istənilən halda, Azərbaycan millisi evdə güclü oynayır. Üstəlik, onlarla oyunlarımız həmişə ağır keçib. Düşünürəm ki, bu dəfə də belə olacaq. Rəqibin indiyə qədər qol vura bilməməsi də bizim müdafiəçiləri arxayınlaşdırmamalıdır. Əksinə, daha məsuliyyətli olmaz lazımdır. Çünki Azərbaycan millisi bu dəfə nəyin bahasına olursa olsun, qol hesabını açmağa çalışacaq”.

Daha çox


Son xəbərlər