Əvvəl "Neftçi", sonra "Zestafoni"

Əvvəl "Neftçi", sonra "Zestafoni"
XƏBƏR 14 İyul 2012 / 12:25 2518
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 17-də Bakıda üzə-üzə gələcək "Neftçi" və "Zestafoni" klublarının bir gün öncə mətbuat konfransı keçiriləcək.

Qol.Az-ın məlumatına görə, ilk öncə "Neftçi" klubu mətbuat qarşısına çıxacaq.

Son Azərbaycan çempionunun baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı iyulun 16-sı saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə "Neftçi"nin açıq məşqi keçiriləcək.

"Zestafoni"nin mətbuat konfransı isə saat 20:30-a nəzərdə tutulub. Mətbuat konfransından yarım saat sonra isə (21:00) "Zestafoni"nin məşqi keçiriləcək ki, bunun da ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, "Neftçi" - Zestafoni" matçı iyulun 17-də saat 21:00-da başlayacaq.


Son xəbərlər