Azərbaycan millisinin qapıçısı "Simurq"da

Azərbaycan millisinin qapıçısı "Simurq"da
XƏBƏR 22 İyun 2012 / 00:08 1793
-  A +

Zaqatalanın "Simurq" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən mövsüm "Neftçi"nin əvəzedici heyətində forma geyinən və 19 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Əyyub Əliyevi icarə əsasında transfer edib.

"Simurq"la rəsmi müqavilə imzalayan gənc əlcək ustası növbəti mövsümün sonuna qədər "Simurq"un şərəfini qoruyacaq.

Daha çox


Son xəbərlər