Premyer Liqadan Bundesliqaya doğru

Premyer Liqadan Bundesliqaya doğru
XƏBƏR 31 May 2012 / 15:03 1925
-  A +

"Tottenhem" klubunun yarımmüdafiəçisi Rafael Van der Vart karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, hollandiyalı futbolçu "Şalke" klubunun maraq dairəsinə düşüb.

Bu barədə "Kicker"ə məlumat verən futbolçunun meneceri Robert Geerlinqs "Şalke"nin Van der Vartla maraqlandığını təsdiqləyib. Onun sözlərinə görə, 29 yaşlı futbolçu da "Şalke"nin təklifini müsbət qarşılayıb. "Tottenhem"in yeni mövsümdə Çempionlar Liqasında çıxış etməməsi səbəbindən Van der Vartın "Şalke"yə keçəcəyi istisna olunmur.

Qeyd edək ki, 2010-cu ildən "Tottenhem"də çıxış edən Van der Vart keçirdiyi 75 oyunda 28 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər