"İnter" və "Milan"ın Tevez mübarizəsi davam edir

"İnter" və "Milan"ın Tevez mübarizəsi davam edir
XƏBƏR 11 Yanvar 2012 / 16:37 1692
-  A +

"Mançester Siti" klubunun qalmaqallı hücumçusu Karlos Tevezə "elçi" düşən komandaların sayı getdikcə artır. 

Qol.Az-ın məlumatına görə, İtaliyanın iki nəhəng klubu - "İnter" və "Milan" argentinalı futbolçunu transfer etmək üçün mübarizə aparır.

Hər iki komandanın Tevez üçün 27 milyon avro ödəməyə hazır olduğu bildirilir. Hücum xəttində sıxıntı yaşayan "İnter" rəhbərliyi bu boşluğu Tevezlə doldurmaq niyyətindədir.

"Milan" rəhbərliyi isə Tevezi Aleşandro Patonun alternatifi kimi görür. Patonun 28 milyon avro müqabilində Fransanın PSJ klubuna keçəcəyi ehtimal olunur.      

Qeyd edək ki, "Milan" klubu daha öncə Tevezi icarəyə götürməklə bağlı müraciət etsə də, "Mançester Siti" rəhbərliyi futbolçunu satmaq istədiklərini bildirmişdi.

Daha çox


Son xəbərlər