Rəşad Sadıqov millinin düşərgəsini tərk etdi

XƏBƏR 17 Mart 2009 / 11:22 2446
-  A +

Martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışı keçirən milli komandamız hazırlığını davam etdirir. Qol.Az-in Affa-nin rəsmi internet saytina istinadən verdiyi məlumata görə, «Holiday İnn» otelində qalan komanda hər gün saat 10:00-da və 16:00-da “Şəfa” stadionunda məşq edir. Kamran Ağayev zədəli olduğu üçün toplanışa qatılmayıb. Branimir Subaşiç yeni klubla danışıq aparlığını görə millinin düşərgəsində deyil.  Rəşad Sadıqov isə artıq düşərgəni tərk edib. Müdafiəçi toplanışında birinci günündə iştirak edib və baş məşqçi Berti Foqtsun icazəsi ilə çıxış etdiyi “Kocaelispor” klubunun düşərgəsinə qayıdıb.

 


Son xəbərlər