Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib.
Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, hazırda Kosovo "Drita"sı ilə keçirəcəkləri matçı düşündüklərini bildirib: "Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. Onlar iki il əvvəl Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Həmin vaxt keçirdikləri oyunları xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın "Reyncers" klubu daha güclü idi".
Qeyd edək ki, "Qarabağ" Avroliqanın pley-offunda “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"
MEDİA müsabiqə elan etdi
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı
Zirkze “Mançester Yunayted”dən ayrıla bilər
"Qarabağ"ın rəqibinin yarımmüdafiəçisi zədələndi