"Traktor" İran kubokunu qazandı

"Traktor" İran kubokunu qazandı
XƏBƏR 3 Sentyabr 2020 / 20:20 4399
-  A +

Təbrizin “Traktor” klubu İran kubokunun sahibi olub.

Qol.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi paytaxt Tehrandakı "Azadi" stadionunda keçirilən final matçında “İstiqlal”la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, “al qurdlar” tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan "Traktor" 1976, 1994 və 2017-ci ildə finalçı olub.

Əlavə edək ki, "Traktor" kuboku qazanmaqla 2020-2021 mövsümündə Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq. 

Son xəbərlər